Azedu.az

Bu məktəblərdə yeni fənn tədris olunur

Xəbərlər

21 Oktyabr 2025, 14:35
Bu məktəblərdə yeni fənn tədris olunur

Yaponiyanın Təhsil Nazirliyi orta məktəblərdə “Emosional qavrayış və özünüifadə” adlı yeni bir dərs fənninin tədrisinə başlanıldığını elan edib.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən yeni fənnin məqsədi şagirdlərə öz hisslərini tanımaq, empatiya qurmaq və emosional vəziyyətləri düzgün ifadə etmək bacarığını aşılamaqdır. Dərslər oyunlar, rol canlandırmaları və qrup müzakirələri şəklində keçirilir, beləliklə şagirdlər həm fərdi, həm də qrup bacarıqlarını inkişaf etdirir.

Mütəxəssislər bildirirlər ki, bu addım Yaponiyanın təhsil sistemində innovativ yanaşmaları gücləndirir və şagirdlərin sosial və emosional inkişafını dəstəkləyir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox