Azedu.az

Günəşdə gün ərzində olan partlayışların sayı beşə çatıb- YENİLƏNİB

Xəbərlər

18 Oktyabr 2025, 17:55
Günəşdə gün ərzində olan partlayışların sayı beşə çatıb- YENİLƏNİB

Günəşdə M güc sinfinə aid daha üç partlayış baş verib.

AzEdu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilir ki, o, oktyabrın 18-də qeydə alınmış bu qəbildən beşinci partlayışdır. Sonuncu M1.5 gücündəki partlayış

Bakı vaxtı ilə saat 14:51-də olub və 22 dəqiqə davam edib.

14:54

Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib.

AzEdu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilir ki, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib. Hadisələr müvafiq olaraq Bakı vaxtı ilə saat 04:40 və 06:39-da baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox