Azedu.az

Şagirdin evə getməməsinin səbəbi: “Ailəsi problemlidir” - AÇIQLAMA    

26 Dekabr 2018, 14:30
Şagirdin evə getməməsinin səbəbi: “Ailəsi problemlidir” - AÇIQLAMA    

Bakıdakı 230 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin itkin düşməsi barədə mətbuat səhifələrində məlumatlar yer alıb. 

230 nömrəli tam orta məktəbdən AzEdu.az-a  verilmiş məlumatda qeyd olunur ki, məktəbin 8b sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də V dərsin sonuna qədər dərsdə iştirak edib. 

VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. 

Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib. Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailə problemli ailədir. Şagirdin ata və anası ayrılıb. Sonradan şagirdin anası yenidən ailə qurub. 

Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. 

Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox