Azedu.az

Bu universitetin iki prorektorunu işdən çıxarıldı

Universitetlər

6 Oktyabr 2025, 11:24
Bu universitetin iki prorektorunu işdən çıxarıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

AzEdu.az xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub.

(YeniSabah)

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox