Azedu.az

Böyük Britaniya təhsil siyasətini dəyişir

Xəbərlər

1 Oktyabr 2025, 11:13
Böyük Britaniya təhsil siyasətini dəyişir

Böyük Britaniyanın Baş Naziri Keir Starmer ölkədə gənclərin təhsil siyasətinə dair mühüm dəyişiklik elan edib. Onun sözlərinə görə, artıq əvvəlki illərdə qoyulmuş “gənclərin 50 faizi universitet təhsili almalıdır” hədəfi ləğv ediləcək. Bunun əvəzinə, yeni yanaşmaya əsasən, hər üç gəncdən ikisi ya universitetdə ali təhsil almalı, ya da peşə və texniki bacarıqlara yiyələnməlidir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, yeni plan çərçivəsində 16-19 yaşlı gənclərə dövlət dəstəyi artırılacaq, texniki kolleclərin imkanları genişləndiriləcək və “üst texniki institutlar” yaradılacaq. Hökumət bununla həm ali təhsilin, həm də peşə hazırlığının dəyərini eyni səviyyədə görməyi hədəfləyir.

Mütəxəssislər hesab edir ki, bu dəyişiklik Britaniyada təhsil modelinin gələcəyini müəyyənləşdirəcək. Yəni yalnız universitet diplomu deyil, həm də praktik bacarıqların əmək bazarında üstünlük qazanmasına şərait yaradılacaq.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox