Azedu.az

Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq

Şəki-Zaqatala

11 Sentyabr 2025, 14:41
Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq

Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq

‎Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ‎2025–2026-cı il tədris ilində Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 80 min 677 şagird təhsil alacaq.

‎O cümlədən, idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 6714, IX sinfində 7996, XI sinfində isə 6156 şagirdin təhsil alması gözlənilir.

‎Eyni zamanda, şimal -qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7220 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 5205-ə yaxın beşyaşlı uşaq cəlb olunacaq.

‎2024–2025-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 9379 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 1395 tərbiyəçi-müəllim çalışacaq.

‎Qeyd edək ki, hazırda Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar olmaqla ümumilikdə 568 müəssisəsi fəaliyyət göstərir.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox