Azedu.az

Dünya 50 milyon müəllimə ehtiyac duyur - ÇAĞIRIŞ

Müəllimlər və elm adamları

30 Avqust 2025, 12:56
Dünya 50 milyon müəllimə ehtiyac duyur - ÇAĞIRIŞ

Çili şəhərində keçirilən UNESCO-nun Müəllimlər Sammitində dünya liderləri 2030-cu ilə qədər 50 milyon yeni müəllimə ehtiyac olduğunu açıqlayıblar.

AzEdu.az-ın xarici mediadan əldə edtiyi məlumata görə, müəllimlərin sosial statusunun artırılması və təhsilin keyfiyyətinin gücləndirilməsi üçün konkret tədbirlər görülməlidir.

Tədbir zamanı təhsil sistemlərinin gücləndirilməsi, müəllim hazırlığının optimallaşdırılması və peşəkar inkişaf proqramlarının genişləndirilməsi kimi strateji məsələlər müzakirə olunub.

Sammit iştirakçıları həmçinin müəllimlərin dəstəklənməsinin dünya miqyasında təhsilin gələcəyinə birbaşa təsir etdiyini qeyd ediblər.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox