Hazırda dünyada azyaşlı uşaqlar arasında onkoloji xəstəliklərin sayı artmaqdadır. Uşaqlar üçün bədxassəli şişə yoluxmağın əsas mərhələsi 2-7 yaş arasıdır. Uşaqlar aktiv olduğundan, orqanizmdə gedən dəyişikliklərə özləri vaxtında diqqət yetirmədiyindən, analar simptomları bəzi digər xəstəliklərlə səhv saldığından çox zaman şiş böyük ölçüyə çatanda həkimlər bu xəstəliyin diaqnozunu qoya bilirlər.
Bəs uşaqlarda xərçəng əlamətlərini əvvəlcədən necə müəyyən etmək olar?
AzEdu.az Medicina.az-a istinadən valideynlərin diqqət yetirməli olduğu simptomları təqdim edir:
Uşaqlar xərçəng müalicəsinə tez reaksiya verir, dözümlü olur və güclü mübarizə aparırlar. Əgər şiş 1 sm olanda tapılsa, onların yaşama şansı qat-qat artır. Uşaqlarda xərçəngin gec diaqnoz olunmasında birinci səbəbkar valideynlər, ikincisi isə sahə pediatrlarıdır. Uşağı azı 2-3 aydan bir tam, dəqiq müayinələrdən keçirmək lazımdır.