Azedu.az

Astarada yeniyetmə boğulub

3 İyul 2025, 22:04
Astarada yeniyetmə boğulub

Astarada 15 yaşlı yeniyetmə boğularaq ölüb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsindəki su anbarının ərazisində baş verib.

Belə ki, 15 yaşlı Murad Ramin oğlu Ağazadə qəsəbə ərazisindəki “Lovain” su anbarına düşərək boğulub. Yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Bədbəxt gadisənin ehtiyyatsızlıqdan baş verdiyi deyilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox