Azedu.az

8-ci sinif şagirdini evlənmək məqsədi ilə qaçırdılar

Məktəblər

13 Dekabr 2018, 11:12
8-ci sinif şagirdini evlənmək məqsədi ilə qaçırdılar

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox