Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.
AzEdu.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.
Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
