Azedu.az

Müəllimlər sertifikasiya nəticələrinə necə baxa bilərlər? - CAVAB

Xəbərlər

Sertifikasiya

19 İyun 2025, 16:38
Müəllimlər sertifikasiya nəticələrinə necə baxa bilərlər? - CAVAB

Xəbər verdiyimiz kimi dünəndən etibarən müəllimlərin sertifikasiya imtahan prossesinə başlanıb.

 

Bu haqqda bir çox müəllim müraciət edərək bildirir ki, dünən keçirilən sertifikasiya imtahanında həyəcan səbəbindən imtahanın sonunda nəticələrinə baxmağı unudublar.

 

Bəs bu halda həmin müəllimlərin imtahan nəticələri keçərli sayılırmı? Əgər nəticələr qəbul olunursa, onlar öz nəticələrini necə və haradan öyrənə bilərlər?

 

AzEdu.az mözvu ilə bağlı Məktəbəqədər Ümum Təhsil Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb. 

 

Sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edən təhsilverənlərin nəticələri haqqında məlumat namizədlərin müvafiq sistemdəki şəxsi kabinetlərinə göndərilir.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox