Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 11:40:00
Böyük Britaniya azərbaycanlı  tələbələrə böyük şans yaratdı – Əlverişli  şərtlərlə magistratura  

Təhsil Nazirliyi Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsində 2019-2020-ci tədris ili üzrə “The Alexandros Petersen Scholarship” adlı magistratura təqaüd proqramı elan edib.

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, təhsil müddəti 1 ildir. Qəbul münaqişə, təhlükəsizlik və inkişaf ixtisası üzrə aparılır. Tədris ingilis dilindədir. Təhsil haqqı və 1 illik yaşayış xərci dövlət tərəfindən qarşılanacaq.

Son müraciət tarixi yanvarın 31-nə kimidir.

Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi    kimi elektron qaydada həyata keçirilir.

Proqrama göstərilən link vasitəsilə müraciət edə bilərsiniz: https://www.kcl.ac.uk/sspp/departments/warstudies/study/scholarships/alexandros-petersen-scholarship.aspx 

Hər hansı sual yaranarsa, aşağıda qeyd olunan şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Rəvan Süleymanov (0125991155 dax. 5231)

Günəş Övsətova  (0125991155 dax. 5265)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları