Azedu.az

Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Araşdırma aparılır

Məktəblər

7 İyun 2025, 11:18
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Araşdırma aparılır

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.

AzEdu.az xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir.

Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox