Azedu.az

“SOCAR” əməkdaşlarının övladlarına test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi

5 İyun 2025, 17:55
“SOCAR” əməkdaşlarının övladlarına test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyun 2025-ci il tarixində “SOCAR” əməkdaşlarının 7 və 8-ci siniflərdə təhsil alan övladlarının müsabiqə əsasında Almaniyada yay düşərgəsi proqramında iştirakı üzrə test imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçirilib və 126 nəfər iştirak edib.

İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdirilib.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox