Azedu.az

Qubanın icra başçısı yanan məktəbə gəldi

Məktəblər

10 Dekabr 2018, 22:59
Qubanın icra başçısı yanan məktəbə gəldi

Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib. AzEdu.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın saat 16:50-də başlayıb.

Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.

Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi, Post Patrul Xidmətinin əməkdaşları gəlib.

Kənd camaatı da yanğını söndürməyə cəlb edilib.

Hazırda yanğın söndürülmək üzrədir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox