Azedu.az

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

Xəbərlər

22 May 2025, 15:42
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az verilən məlumata görə, bu prosesdə namizədlərə texniki və məsləhət yönümlü dəstəyin göstərilməsi məqsədilə rayon, şəhər təhsil şöbələrində “Dəstək mərkəzləri” yaradılıb. 

Həmçinin özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan namizədlər “Dəstək mərkəzləri” ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə və Naxçıvan Regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox