Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 10:46:00
"Mahir Abbaszadə şagirdlərdən diqqət və qayğısını əskik etmir" - Gənc müəllim deputatın jestindən danışdı

“Millət vəkili Mahir Abbaszadə uzaqda gəlib çalışan gənclərlə daim hal-əhval tutur. Uğurlarımızı görəndə zəng edib təbrik edir.Çox sadə insandır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi, AzEdu.az-ın və “Gənc müəllim”şəbəkəsinin birgə təşkil etdiyi “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Şəbnəm Cəbrayıl deyib. O, millət vəkilinin şagirdlərə etdiyi sürpriz barədə danışıb:

“Millət vəkili Mahir Abbaszadə dərsliklərlə bağlı statusumu görən kimi kitabları alaraq şagirdlərə yolladı. Deputatın özü də Laçınlıdır. Şagirdlərdən diqqət və qayğısını heç zaman əksik etmir.

Uzaqda gəlib çalışan gənclərlə daim hal-əhval tutur. Uğurlarımızı görəndə zəng edib təbrik edir.

Çox sadə insandır. Çünki özü də sadə bir müəllim ailəsində böyüyüb və əsalətini itirmir.Oturduğu yeri həqiqətən haqq edir”.

Xatırladaq ki, Şəbnəm Cəbrayıl feysbuk hesabında şagirdlərinə gələn hədiyyə dərsliklərlə bağlı status yazıb. O xatırladıb ki, bir neçə gün əvvəl bir şagirdinin maddi imkanı olmadığına görə əlavə dərs vəsaitini almaqda çətinlik çəkməsi barədə status yazıb:

“Bu gün hörmətli deputatımız Mahir Abbaszadə sürpriz edib, ehtiyac duyduğumuz əlavə dərs vəsaitlərini şagirdlərimə hədiyyə göndərdi. Bunu da qeyd etdi ki, “uşaqlar bizim gələcəyimizdir deyirik, bunu sözdə deyil, əməldə deməliyik!”

Şagirdlərim və öz adımdan millət  vəkilimizə diqqət və qayğısı üçün təşəkkür edir, işlərində yeni- yeni uğurlar arzu edirik!"

Gənc müəllim şagirdinin maddi imkanı olmadığı üçün yaşadığı gərginliyi keçmiş statusunda belə izah etmişdi:

"Keçilən dərsləri daha da möhkəmləndirmək üçün şagirdlərimə test kitabı da almağı tapşırmışdım. Bir şagirdim neçə vaxtdır qaydaları öyrənsə də , testləri yazmır. Ona dedim ki, əgər sən valideyninə bunun sənin dərsin üçün önəmli olduğunu desən, inanıram ki, alar. Yəqin evdə deməmisən.Cavab verdi : "Müəllim , çörəkpulunu (məcburi köçkünlərə verilən aylıq müavinət) alan kimi , atamgil Bakıya yasa getdilər və pul qalmadı". Utancdan şagirdin üzünə baxa bilmirəm. Özümü çox günahkar hiss etdim”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları