Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb. Hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.
AzEdu.az Report.az-a istinadən xəbər verir ki, blə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.
A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.