Azedu.az

"Zəlzələ məktəblərdə heç bir dağıntıya səbəb olmayıb" - Təhsil şöbəsi

Məktəblər

1 Dekabr 2018, 12:35

“Zəlzələ Masallının heç bir məktəbində dağıntıya səbəb olmayıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Masallı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Pəri Allahverdiyeva deyib. O, zəlzələninin rayon ərazisində hiss olunmadığını qeyd edib:

“Hər şey qaydasındadır. Zəlzələ Masallının heç bir məktəbində dağıntıya səbəb olmayıb. Təhsil həyatı öz axarında davam edir”.

Xatırladaq ki, noyabrın 30-da Yardımlı stansiyasından 28 kilometr şərqdə, Masallı rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 21:02-də qeydə alınıb.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox