Azedu.az

Rusiya məktəblərində hicaba qadağa qoyuldu

Məktəblər

27 Oktyabr 2024, 09:28
Rusiya məktəblərində hicaba qadağa qoyuldu

Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məktəblilər üçün standart geyim tələblərinə dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər elementləri qadağan edən bənd əlavə edib.

AzEdu.az lenta.ru-ya istinadən xəbər verir ki, bu, Rusiyanın hüquqi informasiya portalında dərc olunan sənədin mətnində öz əksini tapıb.

Bildirilir ki, müvafiq sərəncam oktyabrın 22-də imzalanıb. Sənədə yeni bənd əlavə edilib:

"Təhsil təşkilatlarında şagirdin dini mənsubiyyətini (o cümlədən hicab, niqab və s.) nümayiş etdirən geyim və onun elementlərinin geyinilməsinə icazə verilmir".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox