Azedu.az

Prezident bu postu ləğv etdi - FƏRMAN

Xəbərlər

25 Oktyabr 2024, 16:38
Prezident bu postu ləğv etdi - FƏRMAN

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.

AzEdu.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox