Azedu.az

Yanğın zamanı müəllim və şagirdlər məktəbdə olmayıblar, sinif otaqları salamatdır - RƏSMİ

Məktəblər

13 Noyabr 2018, 16:05
Yanğın zamanı müəllim və şagirdlər məktəbdə olmayıblar, sinif otaqları salamatdır - RƏSMİ

Noyabrın 13-də Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın baş verib.

Qeyd etmək lazımdır ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb.

 Füzuli Rayon Təhsil Şöbəsindən AzEdu.az-a verilən məlumata görə, yanğın səhərə yaxın baş verdiyindən  məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb  binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib. Xəsarət alan yoxdur.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox