Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 15:05:00
 Elçin Mirzəbəyli kimsəsiz adaya özü ilə bu kitabları aparacaq –  Şair-jurnalistin “Kitab çantası”

 

AzEdu.az  “Kitab  çantası ” rubrikasını davam etdirir.

Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın növbəti qonağı-məşhur şair, jurnalist Elçin Mirzəbəylidir.

Görək, onun “kitab çantası”nda nələr var:

1.Jan Pol Sartr "Divar", "Azadlıq yolları", "Ekzistensializm humanizmdir", "Ədəbiyyat nədir" ;

  1. Nikollo Makiavelli "Hökmdar";
  2. Fridrix Nitsşe "Zərdüşt belə demişdi", "Antixrust" ;
  3. Erik From "Psixoanaliz və etika";
  4. Tomas Mann “Azadlıq problemi” ;
  5. Çingiz Aytmatov "Ağ gəmi", "Əsrə bərabər gün";
  6. Gi De Mopassan "Gombul", "Ölüm kimi güclü";
  7. Leonid Andreyev "Anatema", "Şeytanın gündəliyi";
  8. Mark Avreli "Özümlə üz-üzə. Düşüncələr"
  9. Vasili Yan "Çingiz xan", "Batı", "Sonuncu dənizə doğru"

Elçin Mirzəbəyli sonda bildirib ki, kiçik yaşlarında oxuduqlarını  sıralasa bir kitab alınar:

“Bu kitab və əsər adlarını isə şəxsiyyətin formalaşmasında vacib hesab etdiyim üçün yazdım. Zənnimcə, gənclərimiz bu əsərləri oxusalar, faydalı olar”.