Azedu.az

Vəkillər Kollegiyası üçün imtahan keçiriləcək

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi

21 May 2024, 10:23
Vəkillər Kollegiyası üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, 26 may 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. 

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox