![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_661f802d1008b661f802d1008c171334046177f6fbc8c0c5d14903a795ef189f13ec_8.jpg)
Azərbaycanda 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir. Son 5 ildə aparılan təhlillərə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriciləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb.
AzEdu.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “ Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov deyib. O bildirib ki, 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb:
“14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər. Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır”.
“18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur”, - deyə o qeyd edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)