Azedu.az

Təhsil işçiləri formativ qiymətləndirməyə dair müzakirələr apardılar

Məktəblər

27 Oktyabr 2018, 17:39
Təhsil işçiləri formativ qiymətləndirməyə dair müzakirələr apardılar

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) “Formativ qiymətləndirmənin təşkili üsulları” mövzusunda seminara yekun vurulub.

AzEdu.az xəbər verir ki, iki günlük seminarda Bakıda və regionlarda yerləşən ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri iştirak ediblər. Onlar formativ qiymətləndirmənin şagirdin özünün zəif və güclü tərəflərini müəyyən etməsinə təsiri, düzgün qiymətləndirmə strategiyasının seçilməsi, formativ qiymətləndirmə vasitəsilə şagirdlərdə davamlı motivasiyanın yaradılması, növbəti dərslərin planlaşdırılmasında, müvafiq strategiya və tapşırıqların seçilməsində formativ qiymətləndirmənin əhəmiyyəti və digər bu kimi məsələləri müzakirə ediblər. Seminar iştirakçıları müxtəlif fəaliyyətlərə cəlb edilərək yeni strategiyaları sınaqdan keçirib və yaranan suallara cavab tapmağa çalışıblar.

Seminarların ilin sonuna qədər mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox