Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 10:39:00
Bu il İtaliyada oxumaq istəyənlər üçün əla şans – DAVAMI

Keçən yazımızda İtaliyada təqaüd proqramı olan Laziodisu üçün lazım olan sənədlərin toplanması barədə məlumat vermişdik. Bu yazımız da isə proqrama müraciət qaydaları, vaxtları barədə danışacıq.

AzEdu.az yazını təqdim edir:

Qeyd edək ki, proqram barədə hazırda İtaliyada magistratura üzrə II kursda təhsil alan Ramin İsmayılov məlumat verib.

I mərhələ

Müraciət etmək üçün lazım olunan sənədləri topladıqdan sonra Xaric işlər Nazirliyinin Apostil Şöbəsində aparırsız. 1 həftə müddətinə sənədlərə apostil vurulur. Sonra o sənədləri ya Notarius, ya da Asan Xidmətdə italyan dilinə tərcümə etdirirsiz. Tərcümə və təsdiq olunandan sonra həmin sənədləri yenidən apostil üçün Ədliyyə Nazirliyinin Apostil Şöbəsinə təqdim edirsiz. Orada da apostil vurulur.

Universitetlərə qəbul təxminən noyabr ayında başlayır. Əsasən,aprelin 15-nə kimi müraciətlər davam edir. Sayt üzərindən attestat, diplom, təhsiliniz davam etdiyi halda universitetdən arayış, transkript alırsız. Bunlar ingilis dilinə tərcümə olunur. Sənədləri göndərdikdən sonra təxmini 2-3 həftəyə cavab gəlir, amma bəzən gecikə bilər.Cavab gəldikdən sonra səfirliyə müraciət olunur. Maydan iyunun əvvəlinə kimi müraciətlər davam edir. Səfirliyə attestat, diplom, diplom əlavəsini italyan dilinə tərcümə edilmiş formada təqdim edirsiz. Qeyd etdiyimiz kimi bu sənədlərə hər iki nazirlikdə apostil vurulur. Bunları “declaration of value” sənədini almaq üçün verirsiz. Bu sənədi də sizə təxminən avqust ayında, vizaya müraciət etdikdən sonra vizayla birlikdə verirlər. O sənədi də özünüzlə İtaliyaya aparırsız.

II mərhələ

Bildirək ki, təqaüd proqramı təxminən iyul ayından açılır. 20-25 gün müraciət müddəti olur. Bu vaxt ərzində laziodisu.it saytında qeydiyyat keçirsiz. Orada şəxsi səhifəniz açılır, özünüz haqqında, hansı universitetə,ixtisasa qəbul olmusunuzsa onları qeyd edirsiz . Bu prosesdən sonra sizin üçün elan formasında bir yazı çıxır və siz təsdiq üçün PİN kod almalısınız. Həmin PİN kod üçün oradakı sənədin surətini çıxarırsız,sonra sənədi göndərdiyiniz tarixi yazırsız, nömrə qeyd edib, imzalayırsız.

Qeyd:burada nömrə qeyd edirsiz, italyan nömrəsi olsa daha yaxşı olar, çünki o zaman PİN kod daha tez göndərilir.

Həmin sənədi poçt vasitəsilə İtaliyaya göndərirsiz. Mümkün qədər tez göndərməyə çalışın ki, müraciət tarixi bitənə kimi kod gəlib çıxsın. PİN kod göndərilməyə də bilər, yəni buna da hazır olun. Kod gələndən sonra səhifənizə girib bütün məlumatları təsdiqləyirsiz. Təqaüd proqramı ilə yanaşı  yataqxana üçün də müraciət edə bilərsiz. Orada yataqxanaları sırayla yazırsız. Bunlar bitdikdən sonra sənədlərin pdf formasını və pasportununuz sayta yükləyirsiz.  Proqrama müraciət bağlanandan sonra avqustda  1 həftə, 10 gün kimi yenidən vaxt verilir. Bu arada səhv etdiyiniz nəsə varsa, onlara düzəliş edirsiz. Yaşama izninə müraciət etdikdən sonra fizkal kod əldə edirsiz. Sonra İtaliyada hazırladıqlarınız, əvvəlki sənədlərinizin orginalını, fizkal kodun kopyasını və xarici pasportunuzla qəbul olduğunuz universitetin Laziodisu ofisinə yaxınlaşırsız. Bu arada universitetə də ödəniş edirsiz. Ödəniş dediyimiz vergi formasında dır 186 avrodur. Sonra həmin sənədlər sistemə yerləşdirilir və siz işləri tamamlamış olursunuz. Səhifənizə bununla bağlı məlumat gəlir.

Təqaüdün verilməsi

İlk dəfə 2550 avro kimi təqaüd gəlir. Sayta sənədləri yükləyəndən sonra nəticələr açıqlananda(ilk  yataqxanaya müraciətin cavabları açıqlanır) orada sizə vinner və ya suitable olduğunuz bildirilir. Vinner olduqda birbaşa yataqxanaya yerləşdirilirsiz, suitable də isə növbəti vaxtı gözləyirsiz. İlk il 99%  tələbə yataqxanaya düşmür. Sonrakı  illərdə isə orada yığdığınız kreditlərə əsasən qəbul ola bilərsiniz. Nəticələr oktyabrda  açıqlanır. “Vinner” lər üçün təqaüd dekabrın 15-25-i arası yüklənir. Suitable olanlar üçün fevral-marta  qədər təqaüd köçürülür. İkinci il müraciət üçün isə ilk il 60 kreditdən 30-nu  yığmalısız. Sonra yenə eyni qaydayla müraciət edirsiz. Yataqxana qazananların təqaüdündən isə bu xərclər çıxılır. İkinci il də ilk təqaüdü dekabr, ikincini mart-aprel, üçüncünü isə avqustda alırsız.

Şans verilməsi

Əgər iki ilin sonunda universiteti bitirməsəniz, 1-2 kəsriniz qalsa üçüncü il bir şərtlə müraciət edə bilərsiz. Burada normalda bir fəndə 6-9 kredit olur və toplam 120 kredit toplaya bilərsiz. Bunun 3 kreditini seminarlar və ya praktika verir. 18-21 arası kredit sizin diplom müdafinizdən əldə edəcəyinizdir. Qalan kreditlərdən isə 80 yığmısızsa, 3-cü ilə qalanda yenidən təqaüdə müraciət edə bilərsiz. Bu halda 2500  avro təqüad alma şansınız olur. Bunun da yarısını  dekabrda, qalanını isə məzun olanda alırsız.

Tələb olunan sənədlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiz:  http://azedu.az/az/news/7636