Azedu.az

Müəllim və valideynlərin müraciətləri dinlənildi

Məktəblər

26 Oktyabr 2018, 16:52
Müəllim və valideynlərin müraciətləri dinlənildi

Oktyabrın 26-da paytaxtda Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildiriblər ki, 214 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagirdlərin dərs yükü, buraxılış imtahanlarındakı dəyişikliklər və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox