Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-10 16:06:00
Üzlərində həyəcan yox, gülümsəmə var idi…– İmtahandan REPORTAJ - FOTOLAR

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə (2), Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirdi.

 

Qeyd edək ki, bugünkü imtahanda 53102 şagird, o cümlədən onlardan 63 nəfəri sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent olması nəzərdə tutulmuşdu.

 

AzEdu.az saytının əməkdaşı olaraq biz də bu gün keçirilən imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.   

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəbin yeni korpusunda olduq.

 

İmtahana gələn şagirdlərin demək olar ki, hamısının üzü gülürdü. Valideynlər onlara dəstək olaraq içəri yollayırdılar.

 

Qeyd edək ki, valideynlər övladlarını imtahan binasına yola saldıqdan sonra məktəbin həyət qapısı bağlanırdı. Onlardan biri polisin əmrinə tabe olmayaraq içəri daxil olmağa çalışsa da, çevik şəkildə məsələyə müdaxilə olundu. Havanın yağışlı, çisginli olmasına baxmayaraq, valideynlər övladlarını məktəbin ümumi qapısının arxasında gözləyirdilər… Abituriyentlər növbə ilə imtahan binasına yaxınlaşırdılar. Bu zaman onlardan biri şəxsiyyət vəsiqəsini götürmədən yoxlanış prosesinə daxil olduğu üçün ona saat 10:45-ə qədər vəsiqəsini götürüb gəlməsi tapşırıldı.

 

İmtahan rəhbəri gülərüz şəkildə abituriyentləri qarşılayırdı. Namizədlərin sənədlərini nəzərdən keçirib, üst-başlarını yoxlamaq üçün müvafiq olaraq nəzarətçilərə yönləndirirdi. Oğlanları xüsusi aparatla kişi nəzarətçilər, qızları isə kabində qadın nəzarətçilər yoxladıqdan sonra imtahan zalına göndərirdilər.

 Açıklama yok.

Abituriyentlərdən biri imtahanın başlamasına 15 dəqiqə qalmış təlaşla içəri daxil oldu. İmtahan rəhbəri ona dəstək olaraq həyəcanlanmamasını tapşırdı və dərhal imtahan verəcəyi otağa yönləndirdi.

 

Bir neçə dəfə şagirdlərin yoxlanış zamanı üzərində elektronik əşya, həmçinin, ağıllı saat, sadə və uzaq məsafədən səs ötürən qulaqlıq, eləcə də telefon aşkarlandığı üçün nəzarətçilər onlara dərhal bu cür əşyalarını başqa bir yerə qoyub, yenidən yoxlanışdan keçmələrini tapşırdılar.

 

Şagirdlərin üzərindən hər il olduğu kimi bu il də qeyri-adi əşyalar, o cümlədən, oğlanlardan oyuncaq, təsbeh, dodaq boyası, saç spreyi; qızlardan isə dodaq boyaları, dərman, salfet, üzük, burun damcısı, saqqız, isti qulaqlıqlar və s. aşkarlandı. Hər biri imtahan yekunlaşdıqdan sonra şagirdlərin geri götürməsi üçün məktəbin girişindəki masanın üzərinə qoyuldu.

Açıklama yok. 

Öz müşahidələrimizə əsasən gördük ki, bu binada qızların sayı oğlanlardan çox idi. Daha dəqiqini öyrənmək üçün saat 11:00- ı gözlədik.

 

Nəhayət saat 11:00 oldu, qapılar bağlandı, sakitlik hökm sürdü, imtahan başladı…

 

Dərhal imtahan rəhbəri Kamil Aydınzadədən son məlumatları aldıq. O, bildirdi ki, hər şey qaydasındadır və şagirdlərin imtahan zalına daxil olmasında hansısa problem aşkarlanmayıb: “Bu binada 100 qız, 85 oğlan olmaqla ümumi 185 şagirdin imtahan prosesində iştirakı nəzərdə tutulurdu. Lakin hazırkı məlumatlara əsasən, 1 qız imtahana gəlməyib. Bundan əlavə şagirdlərə nəzarət üçün 17 nəzarətçi ayrılıb”,- deyə əlavə etdi.

 Açıklama yok.

 

Məktəbin yaxınlığında ambulans dayanmışdı, eləcə də şagirdlərin səhətində hansısa problem yarandığı zaman dərhal müdaxilə etmək üçün foyedə məktəbin öz həkimləri oturub gözləyirdilər. 3 saatlıq imtahanın artıq yarısı keçmişdi. Xoşbəxtlikdən hələ də təcili-tibbi yardıma ehtiyacı olan yox idi.

 

Yağış yağmasına baxmayaraq, məktəbin darvazasından bir an belə ayrılmayan bir qadın diqqətimizi çəkdi. Müsahibə almaq üçün ona yaxınlaşdığımız zaman bildirdi ki, o, nəvəsi Adiləni həyəcanla gözləyir:

Açıklama yok.

 

“Adilə II qrup üzrə hazırlaşır, ondan gözləntilərimiz yüksəkdir. Nəvəm başda olmaqla bütün şagirdlərə zehin açıqlığı və müvəffəqiyyətlər arzu edirəm”.

 

Nəvəsini gözləyən bir digər şəxs Afət Nəbiyeva azca həyəcanlı olduğunu bildirdi:

 Açıklama yok.

“Nəvəm Rəqsanə III ixtisas qrupu üzrə hazırlaşır. O, çox yaxşı oxuyan şagirddir. Nəvəmin yüksək nəticə göstərəcəyinə əminik”.

 

Nəhayət imtahan bitdi…

 

5 dəqiqə keçməsinə baxmayaraq şagirdlər binadan çıxmırdılar. Hər kəs təlaş içində gözləyirdi, ancaq həyətə buraxılmadıqları üçün biz imtahan olan binaya daxil olduq. Elə bu an şagirdlərin sevinc səsləri ilə paralel pilləkənlərdən ayaq tappıltıları eşidildi.

 Açıklama yok.

 

İmtahandan çıxan şagirdlərdən biri də Emin Abbasov idi. Emin bildirdi ki, onun üçün ən çətin fənn Azərbaycan dili olub:

 Açıklama yok.

 

“Azərbaycan dili istisna olmaqla, qalan fənlər keçən həftə keçirilən imtahandakı ilə eyni səviyyədə idi. Mən vaxt baxımından çətinlik çəkmədim. İmtahandan hər hansısa narazılığım yoxdur”.

 

Tamella Xəlilova adlı abituriyentin sözlərinə görə onun üçün riyaziyyat daha çətin olub:

 

 Açıklama yok.

“İmtahanda Azərbaycan dili sualları daha rahat idi. Hədəfim rəssamlıq üzrə təhsil almaqdır”.

 

Əmrah Vəliyev adlı namizəd bildirdi ki, sualların hər biri asan idi:

 

Açıklama yok.

“Riyaziyyatda bir neçə sualda çətinlik çəkdim. Qalanlarını rahatlıqla yazdım. Vaxt kifayət qədər çox idi. Özümdən 200-dən çox bal gözləyirəm. Hədəfim I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır”.

 

Zəhra Əhmədzadə adlı şagird bildirdi ki, onun üçün Azərbaycan dilinin qrammatikası daha çətin olub:

 

“Hesab edirəm ki, riyaziyyatdan ehtimal sualları bir az qəliz idi. Özümdən təxmini 250-dən çox bal gözləyirəm. Tibb ixtisası üzrə təhsil almaq istəyirəm. İmtahan prosesindən razıyam”.

 

185 şagirdin iştirak etməsi nəzərdə tutulan binada (1 nəfər iştirak etmədi) müşahidəçi qismində iştirakımızdan belə qənaətə gəldik ki, imtahan tam şəffaf formada keçirilib, nəzarət güclü olub, şagirdlər də suallardan razı qalıblar.