Azedu.az

Bağçalarda könüllülük fəaliyyətinə dair tələbələrlə görüş keçirilib  

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

2 Fevral 2024, 14:43
Bağçalarda könüllülük fəaliyyətinə dair tələbələrlə görüş keçirilib  

“Təhsildə könüllülük” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrində könüllülük fəaliyyətinə başlayacaq tələbələrlə görüş keçirilib.

 

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

 

Bildirilib ki, proqramın məqsədi məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafı ilə bağlı yeni yanaşmaların, öyrənmə mühitinin zənginləşməsinin tətbiq edilməsində müəssisənin pedaqoji heyətinə dəstək olmaq, məktəbəqədər ixtisaslarda təhsil alan tələbələrə praktiki təcrübə verməklə gələcək kadr potensialının hazırlığı prosesini sürətləndirməkdir.

 

 

Qeyd edək ki, proqram paytaxda və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox