Azedu.az

Şagirdlər bıçaq davasına çıxdı

22 Oktyabr 2018, 21:33
Şagirdlər bıçaq davasına çıxdı

Diyarbəkirin Yenişehir bölgəsindəki Ziya Gökalp Anadolu Liseyi qarşısında bilinməyən səbəblərə görə bir qrup şagirdin müzakirəsi sonda bıçaqlı döyüşə çevrilib.  AzEdu.az xəbər verir ki, mübahisədə dörd şagird bədəninin müxtəlif yerlərindən bıçaq yarası alıb. Hadisə yerinə gələn tibbi yardım qruplarının ilk müdaxiləsindən sonra yaralılar Dəclə Universitetinin Tibb Fakültəsi Xəstəxanası və Selahaddin Eyyubi Dövlət Xəstəxanasına aparılıb.

Daha sonra məktəb ərazisində mübahisənin olduğu yerdə dəlillər axtarılmağa başlanılıb və hal-hazırda böyük miqyaslı araşdırma aparılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox