Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.
  
  
 Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a məlumat verilib. 
  
  
 Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək 
//miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
   
  
    Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.