Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 14:35:25
Daha bir məktəbdə qızılca AŞKARLANDI
 

Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb. 

 

AzEdu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir. 

 

 

Məktəbdən bildirilib ki, 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.

 

Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".