Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 13:23:37
DİM müəllim-ekspertləri əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən “Xoreoqrafiya” ixtisası üzrə qabiliyyət imtahanlarında ekspert qismində iştirak üçün mütəxəsislər əməkdaşlığa dəvət olunur. Müraciət etmək istəyən rəqqas-xoreoqraflar 29 dekabr 2023-cü il tarixinədək [email protected] elektron poçtuna “CV”lərini göndərə bilərlər.

 

AzEdu.az xəbər veriri ki, tələblərə uyğun olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla başa vuran namizədlər üçün qabiliyyət imtahanlarının təşkili, idarəedilməsi və qiymətləndirilməsi mövzusunda təlimlər keçiriləcək. Təlimlərdə namizədlərə imtahanlar haqqında ətraflı məlumat veriləcək.

 

Ekspertlər imtahalara müqavilə əsasında cəlb ediləcək və gördükləri işin müqabilində müqavilədə nəzərdə tutulmuş əmək haqqı ödəniləcək.

 

Tələblər:

 

  • İxtisas üzrə ali təhsil (magistratura səviyyəsi üzrə təhsil arzuolunandır).
  • Uyğun sahə üzrə ifaçılıq və ya pedaqoji fəaliyyət vacibdir (sahə üzrə əmək fəaliyyəti 15 ildən çox olan şəxslərə iş yeri tələbi qoyulmur).