Azedu.az

Nazir Qarabağ Universitetinin yaradılmasından danışıb

29 Noyabr 2023, 12:00
Nazir Qarabağ Universitetinin yaradılmasından danışıb

"Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq".

 

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

 

"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik".

 

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox