Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 14:55:00
Prorektor: Kitab formatında dərsliklər aktuallığını itirib

Univeristetlərdə tədris olunan bəzi ixtisaslar üzrə dərs materialları mövzunu dərindən öyrənməyə kifayət etmir. Tələbələr mövcud vəziyyətdə dərslik qıtlığı ilə üzləşirlər. Belə olduğu halda onlar xarici mənbələrə üz tutmaq məcburiyyətində qalırlar ki, bu da onların xarici dil biliyindən asılı olaraq çətinlik yaradır.

 

Bəs, görəsən qabaqcıl xarici universitetlərin kadr hazırlığında istifadə etdikləri dərsliklər təcrümə olunaraq ali məktəblərdə istifadə olunurmu?

 

Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru, təhsil eksperti Elçin Süleymanlı mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bildirib.

 

Ekspert qeyd edib ki, son illərdə dərsliklərlə bağlı problemlərin həlli üçün müəyyən addımlar atılır: “bp tərəfindən dünyanın qabaqcıl universitetlərində mühəndislik, iqtisadiyyat və s. sahələrdə istifadə olunan 30-40 dərsliklərin tərcümə edərək universitet kitabxanalarına təqdim edilib. Bundan əlavə SOCAR-ın da bu cür layihələri diqqət çəkir”.

 

Ekspert dövlət səviyyəsində də dərsliklərlə bağlı layihələrə nəzər salıb: “Müxtəlif təhsil platformalarıyla Elm və Təhsil Nazirliyinin birgə müqavilələrinə əsasən bir çox universitetlər  bu imkandan istifadə edir. Buna əsasən deyə bilərəm ki, tələbələr təhsil aldıqları universitetlərin kitabxanalarından ixtisaslarına uyğun olaraq kitablar əldə edə bilərlər”.

 

E.Süleymanlı qeyd edib ki, məhz hər hansısa müəllimin öz vəsaitinin tələbələrə təqdim olunmasında müəyyən dəstəklər olmalıdır: “Müəllimlər öz vəsaiti hesabına kitab çap istəmirlər, bəzən də bu univeristetlərin büdcəsini aşır. Düşünürəm ki, müəllimin nəşr fəaliyyətinə dəstək olmalıdır”.

 

Müsahibimiz bildirib ki, internetdə hər mövzu barədə material tapıldığı üçün dərslik qıtlığı o qədər də ciddi deyil: “Hazırda intetnetdə pulsuz əlçatan materiallar var. Tələbələr təkcə bir müəllifin kitabına fokuslanmamalıdır. Müəllimlərin bu sahədəki rolu, sillabus hazırlayarkən geniş axtarış edərək xarici mənbələrdən tələbələr üçün əlçatan olan dərs vəsaitlərini proqrama əlavə etsinlər. Bu gün kitab formatında dərsliklər aktuallığını itirib. Artıq dünyanın istəniləm ölkəsindən onlayn vəsaitlər tələbələr üçün əlçatandır. Tələbənin xarici dil biliyində ingilis dilində problem varsa, rus, rus dilin bilmirsə, Türk dilində axtarış edə bilərlər. Düşünürəm ki, Azərbaycan dilində də kifayət qədər resursurslar var ki, texniki və elmi ədəbiyyatlar bir çox kitabxanalara onlayn olaraq skayn versiyası yüklənilib”.