Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 08:59:18
Tələbələr qidadan zəhərləndi

Türkiyədə yataqxanada qalan 117 tələbə qidadan zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Hadisə İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinin qızlar yataqxanasında baş verib.

 

 

Tələbələr toyuq əti ilə hazırlanan yeməkdən sonra qida zəhərlənməsi şübhəsi ilə şəhərdəki xəstəxanalara müraciət ediblər.

 

Yataqxanada qalan 117 tələbənin ürəkbulanma, qarın ağrısı, ishal kimi şikayətlərlə xəstəxanalara müraciət etdiyi bildirilib.

 

Tələblərə ilkin yardım göstərilib və müayinələrdən sonra evə buraxılıb.