Azedu.az

Lənkəranda 2 yeni məktəb tikiləcək

Məktəblər

15 Oktyabr 2018, 20:19
Lənkəranda 2 yeni məktəb tikiləcək

Prezident İlham Əliyev Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. AzEdu.az xəbər verir ki, Sərəncama əsasən Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Digər sərəncamla Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox