İndoneziyada ibtidai məktəb binasının bir hissəsi uçub.
AzEdu.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Şimali Sumatra əyalətində baş verib. Binanın uçmasına səbəb sel axınları olub. Hadisə nəticəsində 20 nəfər həlak olub. Qeyd edilir ki, onlardan ən azı 11-i şagirddir.
Bir neçə gün əvvəl İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb