Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 14:28:00
Xaricdə təhsil üçün daha geniş imkanlar yaradan  qruplar-SABAH

2014-2015-ci tədris ilindən etibarən yaradılan, hazırda 12 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Bəs SABAH-a qəbul qaydaları necədir?

Qəbul qaydaları

SABAH Qruplarına qəbul üçün tələbə ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. I kursu bitirdikdən sonra ortalama balınız 61-dən aşağı, akademik borcunuz 2-dən çox olmamalıdır. Qəbul iki mərhələdən ibarətdir. İmtahan mərhələsində ingilis dili və məntiqin hər birindən 50 sual cavablandırırsız. Müsahibə mərhələsində isə 3 şəxs oturur. Onlardan biri psixoloq, digərləri müəllimlər olur. Onlar sizi həm psixoloji cəhətdən, həm də biliyinizi və dünyagörüşünüzü yoxlayırlar. Müsahibə mərhələsində aldığınız bal, imtahan nəticəsi ilə toplanır. Sıralama yaradılır və buna görə qrup yaradılır.

SABAH qrupları

Tələbələr yığıldıqdan sonra 12 universitet daxilində fakültələr üzrə xüsusi qruplar açılır.Qruplarda minumum 15, maksimum 30 nəfər olur. Tələbələrin seçimindən asılı olaraq həm ingilis, həm də Azərbaycan  bölməsi üzrə qruplar olur. Bu qruplar “SABAH” adı altında fəaliyyət göstərirlər. Bu qruplarda əlaçılar 70, zərbəçilər isə 55 manat əlavə təqaüd alırlar.

SABAH qruplarının fəaliyyət göstərdiyi universitetlər

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət İdarəçilik Akademiyası

Azərbaycanda Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti

Azərbaycan Dillət Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı Slavyan Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Bakı Musiqi Akademiyası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Bakı Mühəndislik Universiteti

Fərqlər

Məsələn, siz Gəncə Dövlət Universitetində təhsil alırsız, SABAH-a qəbul olduğunuz zaman Bakı Dövlət Universitetində də təhsilinizi davam etdirə bilərsiz. SABAH-ın tələbəsi bildirib ki, bu qruplarda oxuyanların xaricdə təhsil imkanı daha genişdir:

“Təhsil üçün böyük üstünlüklər yaradılır. Məsələn, ilk məzunlarımızın bir qismi xaricdə magistr üzrə təhsil alırlar. Biz ingilis dilini dərinləşmiş formada keçirik. Normal universitet tədris proqramından əlavə, ildə 90 saat ingilis dili dərsləri tədris olunur. Buna görə, xaricdə təhsil üçün bizim tələbələrin şansı daha çox olur. İngilis bölmələrində isə xaricdən gələn müəllimlər də dərs deyir”.