Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 15:51:00
Uşaqlarda aludəçiliyin yaranması valideynlərlə bağlıdır!

Narkotik vasitələrdən istifadənin getdikcə gəncləşməsi cəmiyyətin ən böyük bəlalarından biridir. Elə bu yaxınlarda mövzunu yenidən yenidən gündəmə gətirən hadisələrin şahidi olduq.

 

Yeniyetmələrin zərəli vərdişlərin aludəçisi olmasında əsas səbəbkarlar kimlərdir?

 

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahinin sözlərinə görə zərəli vərdişlərin geniş vüsət alması biraz da valideynlərlə bağlıdır:

No description available.

“Əvvəlki dövrlərdən fərqli olaraq əksər ailələrdə hər iki valideyn işləyir. Ana və ata çalışdığı üçün övladlarına yetəri qədər diqqət göstərə bilmirlər və uşaqlarının mənəvi ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Hətta bəziləri düşünür ki, övladlarının maddi ehtiyaclarını qarşılya bilirlərsə, deməli, hər şey qaydasındadır.

 

Müsahibimiz düşünür ki, uşaqlar nəyin yanlış, nəyin doğru olduğunu ən çox valideyn və ibtidai sinif müəllimindən öyrənir: “Ancaq uşaq əvvəlcə qeyd etdiyim məqamlarda ən həyati mövzularla bağlı təlimsiz qalır. Nələrə riayət etməli və kimlərdən uzaq qalmalı olduğunu bilmir”.

 

 

Psixoloq, özəlliklə yeniyetməlik dövründə uşaqların məktəbdəki dost ətrafının çox önəmli faktor olduğunu vurğulayır: “Yeniyetmələrin əksəriyyəti yanlış və ya doğru olmağına baxmayaraq, dostlarının təklif etdiyi hər işlə məşğul olmağa çalışır. Əgər imtina etsələr dostları tərəfindən kənarlaşdırılmaqdan qorxurlar”.