Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-25 11:07:00
Azərbaycanda təhsil alan əcnəbilərin sayı... - Rəsmi CAVAB

Minlərlə tələbə yaşadıqları ölkədən kənarda təhsil almaq üçün xaricdə təhsil almağa üstünlük verir. Çünki xarici ölkədə yaşamaq mükəmməl xarici dil biliyi, qlobal perspektiv, beynəlxalq etibarlı diplom və məzun olduqdan sonra işləmək imkanı təklif edir. 

 

 

Hər il kifayət qədər azərbaycanlı gənc təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bununla yanaşı müxtəlif ölkələrdən təhsil məqsədi ilə Azərbaycana üz tutanların sayı da heç də az deyil.

 

 

AzEdu.az təhsil portalı ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayını öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.

 

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2023/24-cü tədris ilində Azərbaycanda təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşların qəbulu prosesi yerli ali təhsil müəssisələri tərəfindən hazırda davam etdirilir.

 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində olan məlumata əsasən 2022/23-cü tədris ilində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 9800-ə yaxın əcnəbi tələbə təhsil almışdır. Bunlardan 7800-ə yaxını Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində, 1500-ə yaxını Naxçıvan Muxtar Respublikası, 500-ə yaxını isə Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində yerləşən ali təhsil müəssisələrində təhsil almışdır” – deyə qurumdan əlavə edilib.