Azedu.az

Laçında 31 ildən sonra ilk zəng çalınıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

15 Sentyabr 2023, 15:06
Laçında 31 ildən sonra ilk zəng çalınıb

Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib. 

 

Elm və Təhsiı Nazirliyindən AzEdu.az-a bildirilib ki, 2023–2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.

 

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox