Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 17:45:00
600 bal toplayan tələbələr var ki, dünya görüşü yoxdur”  

 

 “450 bal yığan tələbənin 600 bal yığandan dəfələrlə savadlı olduğunu görmüşəm. Belə hallar çox olub. İmtahan balı qiymət göstərici deyil”

 

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin müəllimi, yazıçı Nicat Həşimzadə bildirib.

 

Müəllim qeyd edib ki, yüksək bal toplayan abituriyentlər uğurlarını sosial şəbəkələrdə paylaşmasa, daha yaxşıdır:

 

“Məşhur alim Qardnerin bir sözü var ki, hər bir uşaqda 8 gizli bacarıq var, sadəcə valideynlər o bacarıqları ortaya çıxara bilmir. Bizdə də bu problemlər mövcuddur. Buna görə də övladlarını mütləq öz istədikləri ixtisasa yönləndirirlər. Sonra da uşaq uğursuz olanda təzyiq göstərməyə başlayırlar. İnsanlar uğurlarını sosial mediada paylaşmağı sevirlər. Ancaq bu nöqteyi-nəzərdən bəzən həmin paylaşımlar edilməməlidir. Bu paylaşımları görən aşağı bal toplamış abituriyentlər məyusluq hissi yaşayır, ailəsindən təzyiq görür, bəzən depressiyaya da düşürlər. Beləliklə gərgin vəziyyət yaranır. Bəzən insanın öz uğurunu paylaşmaması belə bir fəzilətdir”.

 

 

N.Həşimzadənin fikrincə, 600 bal toplayanların dünya görüşü 400-lər qədər deyil:

 

 

“3 il kollec, 4 il bakalavr, 2 il magistr təhsili almışam, son 1 ildir də universitetdə çalışıram. Təbii ki, yüksək bal toplayan abituriyentlərin əməyinə hörmət edirəm. Lakin müşahidələrimə əsasən, 600 bal toplayan tələbələr var ki, dünya görüşü yoxdur. Bəzən də 400 civarında nəticə əldə edən tələbələr olur ki, bədii ədəbiyyat oxuyurlar, kino və musiqinin tarixini bilirlər. Bu mənada bal məsələsinə çox da ciddi yanaşmıram. Düzdür, təqaüd almağa görə balın təsiri olur, ancaq gələcəkdə də tələbələr görəcəklər ki, həmin balların bir mənası yoxdur.

 

 

Az bal toplayan abituriyentlər bilməlidir ki, hələ dünyanın sonu deyil. Bəzən abituriyentlər 4-5 il imtahan verir, sonda istədiyi ixtisasa qəbul oluna bilirlər”.