Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 16:04:00
Şəhidin qızı müsabiqədə birinci yerə layiq görüldü

Şəhid Kapitan Elçin Tağıyevin qızı qiraət müsabiqəsində birinci yerə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə onun anası Xəyalə Tağıyeva məlumat verib.

 

Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin IV sinifində təhsil alan Dəryanur Tağıyeva Biləsuvarda keçirilən Qiraət müsabiqəsinddə I yerə layiq görülərək qızıl medalla təltif olunub.

 

 

Məlumat üçün qeyd edək ki, Elçin Ağaqulu oğlu Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhididir. Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub. 28 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.

 

Şəhidimizin anası Ayna Tağıyeva şəhidimizin qızı Dəryanurdan danışıb:

 

“Şəhidimdən yadigar üç övlad qalıb, Dəryanur, Tağı və Məhəmməd. Onların bütün məktəb işləri ilə mən məşğul oluram. Dəryanur atasının ən sevimli balası idi. Atası gedəndə onun 6 yaşı tamam idi. Oğlum gedəndə qızı üçün bir mesaj buraxmışdı ki, “onun atası qəhrəmandır”. Dəryanur ağıllıdır, dərslərində də yaxşıdır. Hər şeydə fəaldır. Çox emosional uşaqdır. Atası ilə bağlı hər cümlənin başında ağlayır. Atasının şəhidliyinin uca bir zirvə olduğunu başa salsaq da, verdiyi sual bu olur ki, “bəs mən onu nə vaxt görəcəm?”.

 

Ayna xanım rayonda olduqları üçün istedadlı uşaqların bir qədər diqqətdən kənarda qaldığını qeyd edir:

 

"Regionlarımızda uşaqlar var. Axtarıb ortaya çıxarmaq lazımdır. Biz rayonda olduğumuz üçün televiziyalara, verilişlərə dəvət etmirlər. Mən çox təvəqqe edirəm. Bizim uşaqları çağırıb uğurlarını işıqlandırsınlar. Təki onlar çağırsın, biz gələrik”.