Azedu.az

I və IV qruplar üçün kitabçalar nəşr olunub

Maraqlı

Dövlət İmtahan Mərkəzi

Tələbələr

17 Avqust 2023, 15:16
I və IV qruplar üçün kitabçalar nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

 

Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox