Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 17:18:00
 “Bu ixtisasları seçənlər işsiz qala bilərlər” Perspektiv yoxdur!  

 

 

 

 Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər üçün növbəti mərhələ ixtisas seçimidir. Bir çox abituriyent gələcəkdə iş tapa bilməmək qorxusu içərisindədir. Bu da onların ixtisas seçiminə təsir göstərir. Bəs hansı sahələr gələcək üçün perspektivli sayılmır?

 

AzEdu.az xəbər verir ki, əmək bazarında zəif olan ixtisaslar haqqında danışarkən təhsil eksperti Ramin Nurəliyev bəzi sahələrin adlarını çəkib. O qeyd edib ki, bütün ixtisaslar lazımlıdır, amma iş imkanları baxımından tələbatı az olanlar da var:

 

 “Fəlsəfə çox lazımsız və əmək bazarında iş tələbatı az olan ixtisasdır. Daha sonra aqrar ixtisaslar Bakıda yaşayanlar üçün az tələbatlıdır. Əlbəttə, bu, hamıya şamil edilə bilməz, amma əksər bakılı tələbə bu ixtisasa maraq göstərmir. Bundan başqa politologiya üzrə mütəxəssis olanlar mütləq dövlət qulluğu ilə dövlət müəssisələrinə seçim etməlidirlər, yoxsa əmək bazarında işsiz qala bilərlər. Regionşünaslıq ixtisasını seçənlər mütləq gələcək karyeralarını fikirləşməlidirlər.

 Bir çox abituriyent Robototexnikanı maraqla seçsə də, bizim təhsil müəssisələrinin bu ixtisas üçün kifayət qədər təcrübəli olmadığını görərək, həvəsdən düşür. Eyni zamanda mühəndisliklərdən - Geologiya və geofizika mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, materiallar mühəndisliyinə tələb azdır. Texnologiyanın inkişafı Mühasibat uçotu və audit ixtisasının yaxın gələcək üçün aktuallığını və imkanlarını azaldır, amma yaxşı mühasibə hər dövrdə ehtiyac duyulacaq”.

 

Ekspert bir neçə gələcək perspektivi yaxşı olan ixtisasların da adını çəkib:

 

 

“Qida mühəndisliyi və Sosial iş ixtisasları da gələcəyin ixtisaslarındandır. Bəzilərinin yanlış fikirlərinə qapılaraq bu ixtisası lazımsız hesab etmək doğru deyil. Hazırda magistr sahəsində də bu ixtisas üçün yer ayrıldı. Bu ixtisas konkret bir sahə ilə yanaşı müxtəlif sahələrə də açılır. Bacarığı olanlar iş tapır. Xüsusilə də qızlara tövsiyə olunur. 3-cu qrupda 300-350 balı olan qızlara tövsiyə edirəm. Əczaçılıq ixtisasını isə sadəcə aptek işçisi kimi görmürəm. Əslində dünya ölkələrində bu, tibbə yaxın ixtisas sayılır. Biz əczaçılıq ixtisasını bitirən bir xanımı Türkiyədə magistraturaya göndərdik. Sonra bu sahədə doktorluq oxudu və indi avropada dərmanların dozaları üzrə doktorluq müdafiə edir. İstəyi böyük dərman şirkətlərində işləməkdir”.