Azedu.az

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək  

Məktəblər

Təhsil Nazirliyi

8 Oktyabr 2018, 10:38
Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək  

Təhsil naziri Ceyhun Bayramov oktyabrın 19-da saat 10.00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarının sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 8-dən 12-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (//edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox