Azedu.az

Ölkə birincisi UNEC-i seçdi

Universitetlər

Maraqlı

Magistratura

4 Avqust 2023, 17:12
Ölkə birincisi UNEC-i seçdi

Ölkə birincisi Nihad Zeynallı Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini (BMDM) seçdi.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, magistraturaya qəbul imtahanlarında maksimal 100 balı toplayan N.Zeynallı maliyyə menecmenti ixtisaslaşması üzrə ingilis dilində təhsil alacaq.

 

Qeyd edək ki, N.Zeynallı bu il UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbindən bakalavr pilləsi üzrə məzun olub.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox